ABŞ-ın ticarət nümayəndəliyi (USTR) 30-dan çox ölkədə intellektual mülkiyyət bazarının vəziyyəti haqqında hesabatını açıqlayıb.


Facemark.az xəbər verir ki, Rusiya ənənəvi olaraq, Əl-Cəzair, İndoneziya, Küveyt, Çin ilə birlikdə siyahının ön pillələrində qərarlaşıb.


Ekspertlər əsas problemlər arasında filmlərin ekran nüsxələrinin kopyalanmasında müşahidə edilən böyüməni göstərib.


Rusiyada filmlərin ekran nüsxələrinin kopyalanmasının sayı 2017-ci ildə 78 olub. 2016-ci ildə isə bu rəqəm 63 qeydə alınıb. Bir ildə böyümə isə 23%-dir. 2015-ci ildə isə bu rəqəm cəmi 26 olub.


Qeyri-leqal filmlərin nüsxələrinin artmasında ən əsas payı qeyri-leqal onlayn kazionalar alır. Böyük pirat onlayn kinoteatrların bazarın böyüməsində payı isə çox azdır.


“Qeyri-leqal kazionalar üçün bu reklamın ən avantajlı variantlarından biridir. Belə ki, videoyazı qeyri-leqal onlayn kazinolarda yayıldıqda, video bütün digər qeyri-leqal onlayn kazionalarda da yayılır”, - deyə “Group-IB” şirkətinin mülkiyyətin qorunması üzrə direktor müavini Dmitri Tyunkin nəşrə bildirib.


Qeyd edək ki, 2017-ci ilin oktyabrında Rusiyada qeyri-leqal kazino saytlarının bloklanması üzrə qanun layihəsi hazırlanıb. Ekspertlərin bildirdiyinə görə, qanun layihəsini effektliyindən danışmaq hələki tezdir: “Amma ilkin göstəricilərə, əsasən demək olar ki, rəqəmlərdə azalma müşahidə edilib”.


“Sinema Park” və “Formula Kino”dan isə deyiblər ki, pirat çəkilişlərinin artmasında ciddi artım müşahidə edilmir: “Son illər belə hadisələrin sayında azalma olub”.