Dünyanın ən populyar sosial platforması “Facebook” “Here Together” adlı reklam çarxı hazırlayıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kompaniya bununla göstərmək istəyir ki, “Cambridge Analytica” qalmaqalından sonra, şirkət yenə etibarlı ünsiyyət vasitəsi olaraq qalacaq.
Videoda göstərilir ki, “Facebook” əvvəlki reputasiya və etibarını bərpa etmək üçün ən yaxşı versiyasını istifadəçilərin ixtiyarına verməkdədir.
Çarxda hər bir “Facebook” istifadəçilərini onların nə üçün sosial şəbəkədə səhifə yaratmaqları barəsində düşünmələrinə dəvət edib. Kompaniya, həmçinin istifadəçilərin xəbər lentlərində çıxan saxta xəbərlərə görə də, təəssüf etdiyini bildirib.
“Biz sizin təhlükəsizliyiniz və məlumatlarınızın məxfiliyi üçün çalışırıq. Biz “Facebook”u ən yaxşı ünsiyyət platforması vəziyyətinə çevirə bilərik”, - deyə çarxda deyilib.
Şirkət söz verib ki, hazırda vəziyyət dəyişib: “İstifadəçilərin məlumatları öz məxfiliyini qoruyacaq. Onlar şəbəkədə ən əhəmiyyətli məsələyə dostlarla ünsiyyətə rahat fokuslana biləcəklər”.
Xatırladaq ki, məşhur şəbəkə ətrafında qalmaqal mart ayında başlayıb. “Cambridge Analytica” şirkəti “Facebook”un 80 milyon nəfər istifadəçisinin məlumatlarını icazəsiz əldə etmişdi. İnformasiyalar seçkidə iştirak edənlərin siyasi seçimlərini analiz etmək üçün alqoritma yaratmağa hesablanmışdı. Bu da siyasi reklamların istifadəçilərə əlçatanlığını asanlaşdırmışdı.