Instagram istifadəçilərinə öz platformasında Gif-təsvirləri əlavə etmək imkanını geri qaytarıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə TechCrunch yazır.
Sosial şəbəkə fevralda baş verən irqçi qalmaqaldan sonra xidmətin dəstəyindən imtina etmişdi.
“Giphy”dən isə deyiblər ki, onlar təsvirlərin olduğu bütün kitabxanaları yoxlayıblar və yeni yüklənən məzmun daim monitorinq olunacaq.
Qeyd edək ki, bundan başqa, “Snapchat”da xidmətdən imtina edib və geri qayıdış haqqında qərarlar isə hələ də qəbul edilməyib.