“SpaceX” və “Tesla” şirkətinin rəhbəri, biznesmen İlon Mask Twitter platformasında türk izləyicisinin əgər “Kişisənsə, “Facebook”dan hesabını sil” sözündən sonra platformanı bağlayıb.


Facemark.az xəbər verir ki, Mask “SpaceX”in “Facebook”da səhifəsinin olub-olmadığını bilmədiyini və çox yaxında hesabın silinəcəyi vədini verib.



Başqa bir istifadəçi isə biznesmenə tvit atıb ki, həmçinin “Tesla” şirkətinin də “Facebook”da hesabı var. Biznesmen isə izləyicisinə cavab olaraq deyib ki, “Pis görünür”. Beləliklə, hər iki şirkətin “Facebook” hesabı silinib. Səhifələrin silinmədən öncə isə 2,5 milyon nəfərdən ibarət izləyicisi olub.




Twitter istifadəçisi serdarsprofile isə bu hadisədən sonra belə bir tvit atıb: “İlon Maskın mənim sözümü ciddiyə alıb, hesablarını bağlaması, yoxsa yerli medianın axmaq xəbərlərimi daha gülməlidir bilmədim”.



Qeyd edək ki, “Cambridge Analytica” şirkətinin platformanın 50 milyon nəfərə aid olan məlumatların ələ keçirilməsindən sonra #deletefacebook (“Facebook”u sil kampaniyası) start götürüb.