Kriptovalyuta bazarında qiymətlər yenidən enməyə başlayıb.
Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, bu həftə Bitkoin 8000 dollardan Ethereum isə 600 dollardan aşağı düşüb.
Başqa kriptovalyuta növləri də əhəmiyyətli dərəcədə enməkdə davam edir. Bir gün ərzində Bitkoin Cash-in qiyməti 9,08%, Litekoinin qiyməti isə 3,28% düşüb. Yalnız DigixDAO-nun qiymətləri 50%-dən çox artaraq 423 dollara çatıb. Sonra isə qiymətlər yenidən enməyə başlayıb.
Ekspertlər isə kriptovalyuta bazarında qiymətlərin enməsini ABŞ-ın nəhəng texnologiya koorporasiyası “Google”un kriptovalyuta reklamları ilə bağlı qadağa xəbəri ilə əlaqələndiriblər. Kompaniyanın açıqlamasında deyilmişdi ki, “Google” investisiya məsləhətləri, ICO və kriptovalyuta ilə bağlı kontentləri olan bütün reklamları bloklayacaq. Həmçinin, qanuni şirkətlər belə “Google”un adıçəkilən xidmətlərindən faydalana bilməyəcəklər. Kriptovalyuta ilə əlaqədar reklamların bloklanması isə 2018-ci ilin iyun ayının 1-dən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, yeniliklər hələ ki, qüvvəyə minməyib. Ona görə də, istifadəçilərdən bəziləri “Google”un qadağasına baxmayaraq CNBC də yayımlanan məqalədə kriptovalyuta reklamını gördüklərini deyiblər. Qeyd edək ki, daha öncə belə bir həmləni “Facebook” etmişdi. “Facebook” sosial şəbəkəsindən bildirilmişdi ki, yalan və dələduzluqla assosiasiya edilən maliyyə məhsullarının reklamlarının platformada yerləşdirilməsini qadağan edəcək. Qadağa xüsusi ilə kriptovalyuta ilə bağlı olan reklamlara şamil olunacaq. “Facebook”un yeni siyasətinə, əsasən kriptovalyuta kimi insanları aldadan maliyyə məhsulları və xidmətlərin reklamı qadağan olunacaq”, - deyə şirkətin açıqlamasında deyilmişdi.
