“Google” “YouTube” hekayələrinə əlavə edilən yeni neyron şəbəkə texnologiyası ilə videolarının arxa fonunu dəyişdirməyə fürsət yaradır.
Facemark.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Şirkətdən verilən məlumata görə, dəyişiklik onlayn rejimdə əlçatandır. Bu halda müəlliflərə yaşıl fonda (xromokey) çəkiliş aparılmasına ehtiyac qalmayacaq. Video redaktorlar vasitəsilə lazım olan fonu seçə biləcəksiniz.
Yenilik sadəcə limitli sayda istifadəçilərin istifadəsinə təqdim edilib. Həmin istifadəçilər daha əvvəl “YouTube”da hekayələr yaradılmasına giriş əldə etmişdilər. Yenilik platformanın mobil versiyası üzərində test edilir.