ABŞ da daxil olmaqla, dünyanın fərqli ölkələrində xidmət göstərən telekommunikasiya şirkətləri 5 Nəsil mobil telekommunikasiya xidmətinin (5G) bu il hansı şəhərlərdə istifadə ediləcəyini açıqlamağa davam edir.


Facemark.az xəbər verir ki, əncəbi telekommunikasiya şirkətlərindən “AT&T” keçən həftə elan edib ki, 2018-ci ilin sonuna qədər Atlanta, Dallas, Waco da daxil olmaqla 12 şəhərdə 5G xidmətini tətbiq edəcək.


Dünən Dünya Mobil Konfransında “Sprint” şirkətinin rəsmisi deyib ki, 5G xidmətini ilk olaraq Çikaqo, Los-Anceles, Dallas, Atlanta, Vaşinqton, DC və Houstanda, “T-Mobile” isə bildirib ki, 5G Nyu York, Las Veqas, Dallas şəhərlərində xidmət göstərəcək. Əlbəttə, digər şəhər və əyalətlərdə də proses davam edəcək.


Ancaq bu açıqlamalar hələ ki heç bir şey ifadə etmir, çünki 5G öncə bəzi yeni nəsil cihazlarında istifadə etmək mümkün olacaq. Ekspertlər isə deyir ki, insanlar keyfiyyətli 5G xidmətlərindən 2019-cu ildən əvvəl istifadə edə bilməyəcəklər.


Qeyd edək ki, Yaponiya, ABŞ, Cənubi Koreyada 5 Nəsil mobil telekommunikasiya xidmətinə keçid ilə bağlı testlər davam edir. İyulda isə açıqlanmışdı ki, İtaliyanın şimalında yerləşən San Marino kimi kiçik bir ölkə də 5G-yə keçən ilk ölkələrdən biri olacaq. Bu açıqlama isə insanlarda böyük təəccüb doğurmuşdu. Türkiyə vətəndaşları isə 5G-yə 2020-ci ildə keçəcək. Araşdırmalara görə, ölkə əhalisinin 95%-i 2023-cü ilin oktyabrına qədər yeni texnologi ilə “ayaqlaşa” biləcək. Qeyd edək ki, hazırda Azərbaycanda 3G və 4G xidmətlərindən istifadə etmək mümkündür.