“Facebook” sosial şəbəkəsi “glTF 2.0” formatını dəstəkləməyə başlayıb. Bu, istifadəçilərə xəbər lentində 3D-obyektində postları yerləşdirməyə imkan verəcək.
Facemark.az xəbər verir ki, bu barədə innovasiya haqqında tərtibatçıların saytında məlumat verilib.
“Biz bir müddət əvvəl istifadəçilərə platformada 3D postlarını paylaşmaq üçün yeni funksiyanı tətbiq etdik. Bu istifadəçilərə platformanın xəbər lentində postlara qarşılıqlı təsir etməyə icazə verəcək. Yeni format istifadəçinin kontentə toxunuş etməsinə dərhal reaksiya verir. Toxunuş vasitəsilə istifadəçi kontenti ekranın xaricinə çıxara bilir”, - deyə tərtibatçıların saytında qeyd edilir. Təsvirə qarşılıqlı təsir etmək üçün “mouse”un sol tuşundan, ya da barmaqlarınızdan istifadə edə bilərsiniz.
Bəzi markalar artıq yeniliyi tətbiq edib. Belə ki, “LEGO” tutuquşunun dizaynını, “Jurassic World” isə dinozavr təsvirini yaradıb.