“Dövlətə daha çox vergi ödəməliyəm”.
Facemark.az xəbər verir ki, bu sözləri 91 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən varlı şəxsi olan “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts CNN telekanalının müxbiri Fareed Zakariaya verdiyi reportajda deyib.
Məşhur biznesmen bildirib ki, dövlətə 10 milyard dollar-hər kəsdən daha çox vergi ödəmişəm: “Hökumət mənim statusumda olan insanlardan daha çox vergi tələb etməlidir”, - deyə o bildirib.
Onun bu açıqlaması “Cümhuriyyət Partiya”sının vergi reformu ilə bağlı şərhi kimi qiymətləndirilib.
Qeyts ABŞ-da şirkətlərə 1,5 trilyon dollar dəyərində vergi endirimi edəcək vergi reformu haqqında düşüncələrinə bunları əlavə edib: “Varlı insanlar, ölkənin orta sinfi və yoxsullara görə, daha çox fayda əldə edirlər”.
86 milyard dollarlıq sərvəti ilə dünyanın üçüncü ən zəngin insanı olan Uorren Buffett də Qeyts ilə həmfikirdir. Vergi reformları haqqında CNBC-ə danışan Buffett deyib ki, “Vergi endirimlərinə ehtiyacım olduğunu düşünmürəm”.
Qeyd edək ki, Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı yardım dərnəyinə hər il milyardlarla dollar yardım edir. Bundan başqa, Qeyts yaxın dostu Buffett ilə 2010-cu ildə ölkənin ən zənginlərini xeyriyyə yardımı etməyə təşviq edən “The Giving Pledge” şirkətini təsis etmişdi.