13-14 martda İngiltərənin paytaxtı Londonda 23-cü “Avropa Siyasi Konsultantlar Dərnəyi” – EAPC konfransı baş tutacaq.
Facemark.az xəbər verir ki, konfransda 34 ölkədən seçki kampaniyaları üzrə mütəxəssis, siyasi konsultant, kampaniya menecerləri, akademiklər, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və siyasətçilər iştirak edəcək.
Hər il başqa bir Avropa ölkəsinin paytaxtında keçirilən konfransın bu dəfəki mövzusu isə “Qütbləşmə”dir. Mövzu altında qütbləşmənin yaratdığı şəraitdə siyasi əlaqə və kampaniyanın idarəedilməsi, müəyyən sosial-ekonomik faktorlar üzərindəki təsiri müzakirə olunacaq. Konfransda ABŞ, İngiltərə, Almaniya, İspaniya, Fransa, Rusiya, İrlandiya, Avstriya, Türkiyə kimi ölkələrdə yaxın zamanda keçirilən və yaxınlaşan seçkilər müzakirə mövzusu olacaq.
Avropalı siyasətçilərin konfransa böyük marağı var
Yunanıstanın keçmiş baş naziri Yorgo Papandreu konfransda açılış nitqi ilə çıxış edəcək. Konfransda Avropanın önəmli Avropalı siyasətçi və siyasi konsultantları iştirak edəcək. İngilis siyasətçilərindən Stephan Dorrell, Barones Anne Caroline, Nigel Griffits, Patrick Heneghan başda olmaqla, Avropalı siyasətçi, jurnalist, akademiklər konfranda çıxışlar edəcək. Rusiyada növbəti ay keçiriləcək prezident seçkilərində fərqli namizədlərin seçki kampaniyalarını idarə edən məşhur simalar da konfransa qatılacaq.
Ötən ilin 28-30 may tarixlərində baş tutan və məşhur dünya siyasətçilərini “popülizm” mövzusu altında birləşdirən EAPC Konfransı 2017-ci ildə olduğu kimi bu ildə “Kapital Media London” tərəfindən təşkil edilir. Qonşu ölkə Türkiyədən isə Dr. Selin Sayek Böke “keynote spiker” qismində konfransa qatılacaq. “Maltepe” Universitetinin rektoru Prof. Dr. Şahin Karasar “Türkiyədəki Qaçqınlar” mövzusu altında təqdimatla çıxış edəcək. Siyasi konsultantlar Necati Özkan, Mehmet Ural da konfransda spiker kimi qatılanların sırasında olacaq.
Gündəmdə yeni kampaniya texnologiyaları və trendlər də var
Konfransda sözün əsl mənasında “partlayışı” isə son dövrlər uğurlara imza atan Donald Trump, Emmanuel Macron, Angela Merkel, Jeremy Corbyn ve Sadık Khan, Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxması mərhələsi-red.) rəqəmsal kampaniyalarını təşkil edən menecerlərin çıxışları olacaq.
Rəqəmsal dünyada, data istifadəsindən, cəmiyyətin idarəedilməsinə qədər son dövrlərin və yaxın gələcəyin texnologiya və trendləri konfransın vacib gündəm maddələri olacaq.
İlin ən uğurlu seçki kampaniyalarına isə “Polaris Mükafat”ı veriləcək
23-cü EAPC konfransının sonu, yəni martın 14-nün axşamı isə bütün dünya üzrə ən yaxşı siyasi seçki kampaniyaları “Polaris Mükafat”ına layiq görüləcək. Mükafata namizdə olmaq üçün qeydiyyat fevralın 28-dək davam edəcək. Mükafata namizədliyi irəli sürülən kampaniyalar 20 nəfərdən ibarət olan beynəlxalq juri tərəfindən qiymətləndiriləcək.
23-cü EAPC Konfransı və “Polaris Müküfat”ı ilə bağlı daha detallı informasiyanı aşağıdakı linkə klik edərək əldə edə bilərsiniz.

