“Apple” 2017-ci ilin üçüncü rübündə dünya “ağıllı” telefon bazarında əldə edilən mənfəətin 60%-ə sahib olub.
Facemark.az xəbər verir ki, bu barədə texnologiya üzrə araşdırma və konsaltinq şirkəti “Counterpoint”in hesabatında qeyd edilib.
İkinci sırada isə 25,9% mənfəət ilə “Samsung” qərarlaşıb. Üç, dörd, beşinci sırada isə Çinli istehsalçılar yer alıb: Belə ki, “Huawei” (4,9%), “Oppo” (4%), “Vivo” (3,1%).
Hesabatda, həmçinin şirkətlərin 2016-cı ilin üçüncü rübündə əldə etdiyi mənfəət də qeyd edilib. Belə ki, “Apple” 2016-cı ilin qeyd olunan dövründə də “ağıllı” telefon bazarında əldə edilən mənfəətin böyük qisminə, yəni 85,9%-ə, “Huawei” 3,3%-ə, “Oppo” 4,2%-ə, “Vivo” isə 3,7%-ə sahib olub.
“Samsung”un 2017-ci ilin üçüncü rübündə ilk beşliyə daxil olmasının səbəbi isə “Note 8” ilə əldə etdiyi satış və mənfəət olduğu bildirilir.
“Counterpart”ın analizində, həmçinin markaların hər cihaza görə, əldə etdiyi mənfəət də açıqlanıb. Belə ki, “Apple” hər cihaza görə, 151 dollar qazanır. Digər markaların qazanc rəqəmləri isə bu cürdür.: “Samsung” 31 dollar, “Huawei” 15 dollar, “Oppo” 14 dollar, “Vivo” 13 dollar, “Xiaomi” 2 dollar.