Türkiyənin “Bikoshu”- istifadəçilərin məhəllələrində olan dükan, mağaza, restoranlarından onlayn alış-veriş etmələrinə kömək olan lokal onlayn platformadır.


Facemark.az xəbər verir ki, “Bikoshu” müştərilərin bütün sifarişlər, daha sonra edəcəyi alış-verişlərdə istifadə etmək üçün platformanın öz virtual pulu olan “BiNakit” qazandırır.


“App Store”yə əlavə edilən Bitkoin ödəmə qəbul etmə xüsusiyyəti ilə indi də müştərilər istəsələr bitkoinlərini BiNakit olaraq xərcləyə biləcək.


Bu xərclər üçün “Bikoshu” üzvi olan istifadəçi gül mağazası, dükan, restoran və s. bir neçə iş yerindən alış-veriş edə bilirlər. “Bikoshu”, eyni zamanda təqdim etdiyi fərqli və yenilikçi xüsusiyyətləri ilə istifadəçilərin lokal fürsət və kampaniyalara sürətli, asan, əyləncəli şəkildə çatmasına kömək olur.


Hesabında “BiNakit” yığan müştəri təkrar sifariş edir və yenidən “BiNakit” yığır. Onlayn platforma bitkoin ilə necə alış-veriş etməyin yollarını da istifadəçilərə izah edib. “Bikoshu.com” üzərindən, saytda qeyd olunan mərhələlərdən istifadə edərək bitkoinlə alış-veriş etmək mümkündür. “Bikoshu” “App Store” üçün buraya, “Google Play”dən yükləmək üçün isə buraya klik edə bilərsiniz.


Bitkoinin qiymətlərində davamlı olaraq qiymət dəyişikliyi müşahidə olunur. Bitkoinlə alış-veriş zamanı hansı valyutadan istifadə edilməsi məsələsi isə belə izah edilir: “Bikoshuda” Bitkoin TL alış-veriş həyata keçdiyi andan etibarən olan məzənnə üzərindən hesablanır və hesaba “BiNakit” yüklənir”.