“Instagram” istifadəçilərinin çoxdan gözlədiyi yenilik artıq əlçatan olub.
Facemark.az xəbər verir ki, “Instagram Business” bloqundan edilən açıqlamaya əsasən, yeniliyə görə, “Instagram”da kontentləri əvvəlcədən planlamaq mümkündür.
“Instagram”da kontentləri əvvəlcədən planlama funksiyası hazırda yalnız şəkillər üçün əlçatandır.
Platformanın bu imkanından faydalanmaq üçün “HootSuite”, “Sprout Social”, “Facebook Marketing Business Partner”, “Instagram Business Partner” kimi hər-hansı şirkətdən xidmət almaq lazım olacaq.
Bununla da SMM menecerlər (Sosial Media Menecer) asanlıqla birdən çox “Instagram” hesabını rahatlıqla idarə edə biləcək. Beləliklə, onlar dəqiq tarix və saatda istənilən kontenti yükləyə biləcəklər.
Qeyd edək ki, yenilik hazırda yalnız biznes hesabları üçün əlçatandır, amma yaxın zamanlarda yeni funksiyadan istifadəçilər də faydalana biləcək.
Xatırladaq ki, bir neçə “Instagram” hesabını, əsasən SMM menecerlər idarə edir, elə buna görə də şirkətin öncə biznes hesablarından başlayaraq yeniliyi tətbiq etməsi məntiqli görünür.
