Texnologiya nəhəngi “Google” Tayvanın elektronika bazarının əsas payçısı olan HTC-ni 1,1 milyard dollar qarşılığında alıb.
Facemark.az xəbər verir, ekspertlər düşünür ki, elektronika nəhəngi HTC ilə olan razılıq “Google”un “ağıllı” telefon istehsalı strategiyasında ciddi dəyişiklik edəcək.
Tərəflər arasında əldə edilən razılığa görə, Tayvanın Taipei kəndində yerləşən mühəndislik bazası da artıq “Google”un nəzarətində olacaq. Yəni, “Google” Asiya-Pasifik xətindəki ən böyük mühəndislik qalasının yeni sahibi oldu.
“Google”un rəsmisi Rick Osterloh isə mətbuata açıqlamasında deyib ki, qarşıdakı illərdə daha innovative məhsullar üzərində çalışacağıq:
“HTC ilə rəsmi razılıq əldə edilməsinə çox sevinirik. Qarşıdakı illərdə daha yaxşı və innovative məhsullar üzərində çalışacağıq. İnanılmaz dərəcədə istedadlı və yaradıcı kollektiv ilə birlikdəyik.
Bu komanda 2005-ci ildə istehsal edilən ilk 3G-ni dəstəkləyən telefonu, 2007-ci ildə istehsal edilən sensor ekranlı telefonu dizayn edib”, - deyə bildirib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar hələ 2017-ci ilin sentyabr ayından başlanmışdı.