“Apple” “iPhone X”ın “TrueDepth” kamerası ilə çəkilən çox əyləncəli iki ədəd “Animoji” videosu yayımlayıb.


Facemark.az xəbər verir ki, “Apple” yeni “Animoji” videosunu bu il yanvarın 29-da 60-cı dəfədir ki, baş tutan “Grammy Awards” musiqi festivalına həsr edib.


Şirkət çarxda “Grammy”ə namizəd olan sənətçilərin mahnılarından istifadə edib.


“Apple” video çarx ilə Migos ve Childish Gambino kimi müğənnilərə də salamlarını çatdırır.


Xatırladaq ki, Migos mükafata layiq görülməyib, amma Childish Gambino ən yaxşı “R&B Performans”ı mükafatını alıb.


Qeyd edək ki, bu ilin albomu Bruno Marsın “24K Magic”i seçilib. İlin manhısı isə eyniadlı sənətçinin “That's What I Like” mahnısı olub.