Məşhur idman malları tədarükçüsü “Adidas” fantaziyaları heç vaxt tükənməyən yaradıcı insanlara həsr etdiyi yeni reklam çarxı bazara təqdim edib.


Facemark.az xəbər verir ki, markanın saytında deyilir ki, “Adidas Originals” yeni reklam çarxı ilə sübut edir ki, yaradıcılıq daimi təkamüldədir və heç vaxt dayanmır.


1 dəqiqə 40 saniyə davam edən reklam çarxına musiqi, idman, moda sektorunda uğur qazanmış yaradıcı insanlar çəkilib. Çarx “Johannes Leonardo” reklam agentliyi tərəfindən ərsəyə gətirilib. İstehsalçı şirkət isə “Iconoclast”dır.


Musiqi treki sə “Keep Push” mahnısının remiksidir. İlk 24 saatda “YouTube” kanalında reklam çarxına baxanların sayı 5 milyonu ötüb, son 4 gündə isə artıq 12 milyondan çox insan Almaniyanın nəhəng markasının videosuna baxıb.