CES (İstehlak Elektron Sərgisi) avtomobil şirkətləri üçün texnologiyanı məhsulları ilə necə harmoniya etdiyini göstərmək üçün sərgidir.
CES sərgisində əvvəllər ilin yeni soyuducu, televizorları insanlara nümayiş edilirdi, amma illər içində isə sərgidə insanlara növbəti ilin ən önəmli texnoloji yenilikləri təqdim edilməyə başlandı.
CES sərgisi çərçivəsində dünyanın dörd bir yanından olan şirkətlər yeni məhsullarını insanlara təqdim edə bilir. Sərgidə insanlara nümayiş edilən texnoloji yeniliklər həmin il içərisində bazarda satışa çıxarılır. Mobility konsepsiyası, avtomotik və elektrik mühərrikli cihazların sayının artığına görə, biz bazarda avtomobil istehsalçılarının texnologiya şirkətlərinə oxşadığının şahidi oluruq. Beləliklə, biz sərgidə daha çox avtomobil görürük.
Alternativ kokpit dizaynlar (ing.- cockpit design), avtomatik nəqliyyat vasitələri, mobility həll yolları, səsli asistant inteqrasiyaları, elektrik mühərrikli nəqliyyat vasitələri konsepti ilə CES 2018-də önə çıxan avtomobil yeniliklərini bir araya gətirdik.
Byton
“Bytes on Wheels”in qısaltması olan Byton ilk avtomobilini CES-də təqdim edib.“Tesla Model X” ilə eyni seqmentdə olan “Byton Concept” elektrik mühərrikli nəqliyyat vasitəsidir. Bütünlüklə, elektrik mühərrikli avtomobilin kokpitində böyük ekran yer alır. Arxa oturacaqdakı sərnişinlər üçün də ekran mövcuddur. Nəqliyyat vasitəsi 2019-ci ildə Çin bazarında satışa çıxarılacaq. Bu cür avtomobillərdə ayna da yoxdur. Bu isə avtomotik və elektrik mühərrikli avtomobillərin gələcəkdə necə olacağını göstərən nümunələrdən biridir.
Fisker Emotion
“Fisker”in bir neçə aydır kiçik ipuçları ilə paylaşdığı yeni avtomobili “Fisker Emotion” da CES sərgisi çərçivəsində nümayiş edilib. Bazardakı bütün avtomobil istehsalçıları kimi, bu avtomobil də “Tesla”ya rəqib kimi yaradılıb. Model S-ə bənzəyən EMotion 400 mil (643 km) məsafəni qət edir və saatda 161 mil (259 km/s) sürətlə hərəkət edə bilir. “Emotion” ancaq təcili zamanlarda sürücüyə ehtiyac hiss edir. Range Rover Velar kimi vegan variantı təklif edən Fisker EMotion istənilən zaman içindəki lüks dəri oturacaqlar yerinə vegan alternativ təklif edə bilir. Nəqliyyat vaitəsi 2019-cu ildə 130 min dollara ABŞ bazarında satışa çıxarılacaq.
Genovation GXE
Corvette Grand Sportu əsasında hazırlanan Genovation GXE 0-dan 100-ə (60 mil/saat) 3 saniyənin içində çata bilir. 800 at gücündəki elektrikli avtomobil, hər metrə üzrə 95 kq ağırlığa malikdir. Bu yüngül dizaynı ilə 220 mil/s (354 km/s) sürətə çata bilir. Hazırda avtomobil üçün əvvəlcədən sifariş toplanır və e-mail bülleteni ilə tələb toplanılır.
Hyundai Nexo
“Hyundai” tərəfindən CES-də təqdim edilən yeni hidrogen özəlliyə sahib olan elektrikli nəqliyyat vasitəsi “Nexo” da özünü “Tesla” ilə müqayisə edir. Nexo 370 mil (595 km) məsafəni qət edə bilir. Üstəgəl, bütün deponu 5 dəqiqədə doldurmaq kimi möcüzəvi özəlliyə sahibdir.
Nəqliyyat vasitəsi yanacaq qismində hidrogendən istifadə etməsi, avtomobil sahibinə yanacaqdoldurma məntəqəsi tapmasına çətinlik yaradacaq. Ancaq bu gün Los Angeles və San Francisco şəhərlərində asanlıqla belə məntəqələr tapmaq olar. Hyundai Nexo da daxil olmaqla, ətraf mühitə dost olacaq ümumilikdə 18 nəqliyyat vasitələrini 2025-ci ildə bazara çıxarmağı planlaşdırır.
Toyota e-Palette
“e-Palette” yeni nəsil elektrikli nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsi müxtəlif xidmətlər verən şirkələrin istifadə edilməsi üçün dizayn edilib. “e-Palette” 3 müxtəlif ölçüyə malikdir. Konseptindən asılı olaraq böyüyə, kiçilə bilir.
Mənbə: bigumigu.com






