“Apple” korporasiyası 2018-ci ilin yaz aylarında iOS 11.3 buraxılışını elan edəcək.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yenilənmiş mobil platforma istifadəçi və istehlakçılara ARKit 1.5-lə əlavə edilmiş artırılmış reallığın yeni imkanlarını, “iPhone X” üçün yeni Animojilər və “Business Chat” (Biznes Çat) funksiyasını təklif edəcək.
“iMessage”ə əlavə ediləcək biznes çat müştərilərə şirkətlər ilə birbaşa ünsiyyət saxlamağa icazə verəcək.
Yeni xidmət test mərhələsindədir, amma heç kəsə sirr deyil ki, onun birinci portnyorları “Discover”, “Hilton”, “Lowe’s” və “Wells Fargo” olacaq.
“Business Chat”ın köməyi ilə istifadəçi şirkət nümayəndəsi ilə əlaqə saxlaya və “Apple Pay” vasitəsi ilə birbaşa sifariş edə biləcək.
“Apple” istifadəçinin məlumatlarının paylaşılmayacağına və müştərinin istənilən vaxt ünsiyyəti kəsə biləcəyinə zəmanə verir.
Qeyd edək ki, “Facebook” çoxdandır ki, biznes alətlərini inkişaf etdirir. Keçən il şirkətdən bildirmişdilər ki, istehlakçılar ilə əlaqə saxlamaq üçün 65 milyon aktiv təşkilatdan 80%-i messengerdən istifadə edib. Bu yaxınlarda isə “WhatsApp” “WhatsApp Business”i rəsmi olaraq təqdim etmiş, İndoneziya, İtaliya, Meksika, Böyük Britaniya və Amerika bazarları üçün əlçətan hala gətirmişdi.
