Almaniya istehsalı, dünyanın ən məşhur avtomobil markalarından biri olan “Audi”nin yeni reklam çarxı bazara təqdim edilib.


Facemark.az xəbər verir ki, markanın yeni “Audi RS 4” modeli üçün hazırladığı reklam çarxında, nə musiqi, nə də sürücüdən istifadə edilib.


Reklam filmi sadəcə 1 dəqiqə davam edir, kamera mavi rəngdə olan “Audi RS 4”in ətrafında dönür. Reklam filmində sürətli və kilometlərlə yol gedən “Audi”nin yeni modelinin mühərrikinin soyuma səsinə qulaq asırıq.


Ekspertlər markanın yeni reklam çarxı üçün deyirlər ki, musiqidən istifadə edilməməsi bu avtomobil nəhənginin illər sonra çarxda istifadə etdiyi yenilikdir.


Qeyd edək ki, reklam filmi “BBH Londra” reklam agentliyi tərəfindən ərsəyə gətirilib. “BBH Londra” çarxda bütün diqqəti yeni markanın funksiyalarına yönləndirmək istəyib.