İsveç nəhəngi “Ikea” marketinq strategiyalarından çox düzgün istifadə edən markalardan biridir. Bu gün sual olunan əsas məsələlərdən biri də budur? Nə üçün “Ikea” mağazalarında pəncərə yoxdur?


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, şirkətin bu marketinq startegiyasının əsasında qumbarxana konsepti dayanır və “Ikea” çalışır ki, mağazaya gələn müştəri zaman mövhumunu unutsun.


Zaman mövhumunu unudan müştəri bununla mağazada daha çox vaxt keçirtmiş olur. Beləcə daha çox məhsul alır.


Fikir vermisinizsə, “Ikea” mağazalarında uşaqlar üçün də xüsusi bölmə var. Şirkət bu addımı isə ona görə atır ki, tək sizin uşaqlarınız xoş vaxt keçirtsin. Siz alış-veriş edən zaman uşaqlar sizin diqqətinizi dağıtmasın və mağazada daha çox vaxt keçirdəsiniz. Sizin mağazada daha çox vaxt keçirtməyiniz, əlavə pul xərcləyəcəyiniz anlamına gəlir.


Qeyd edək ki, qumarxanalarda da zaman mövhumu yoxdur. Siz rahat oturacaqlar, pulsuz içkilərin verildiyi yerdə zamanın necə keçdiyini unudursunuz.


Siz necə pəncərəsi olan və olmayan mağazalara baş çəkmisinizmi? Hansında daha çox vaxt keçirtmiş və əlavə məhsullar almısınız? Şərh yazmağı unutmayın.