2017-ci ildə bütün dünya üzrə tətbiqlərin yüklənməsi 175 milyardı ötüb. Bu da 2015-ci illə müqayisədə 60% artım deməkdir.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “App Annie” şirkətinin tədqiqatında deyilir.



2017-ci ildə Rusiya isə yükləmələr üzrə aparıcı ölkələrin reytinqində top5-liyə düşüb. Belə mağazalarda isə istehlakçıların xərcləri 86 milyard dolları ötüb.



Hesabata görə, istehlakçılar mobil tətbiqlərdə təxminən orta hesabla 1,5 ay keçirirdi. 2017-ci ildə orta istifadəçi hər ay təxminən 40 proqram açırdı.


Qeyd edək ki, yükləmələr üzrə aparıcı ölkələrin reytinqində birinci yerdə Çin, növbəti yerləri isə ardıcıl olaraq Hindistan, ABŞ, Braziliya, Rusiya yer alıb.