“Zeytun Bağları” brendi Yeni il öncəsi müştərilərini sevindirmək, əyləndirmək üçün maraqlı bir aktivlik planlaşdırırıb.
Brend bu işi “Maxcreative” agentliyinə həvalə edib.
Agentlik də öz növbəsində üzərinə düşən işi layiqincə yetirməyi bacarıb. Bir neçə şəbəkə market filiallarında, yüzlərlə istehlakçıları hədəf alan və ən əsası ilk dəfə olaraq uzaqdan idarə edilən oyun formatlı BTL aksiya həyata keçirilib.
Oyun sadəcə maraqlı, əyləncəli deyil, həmçinin markanın fəaliyyətini də özündə ifadə etməsi ilə çox uğurlu alınıb.
Belə ki, oyunu oynayan iştirakçı uzaqdan idarə prinsipi ilə ağacdan tökülən zeytunları səbətə yığmaqla “Zeytun Bağları” zeytun yağı qabını müəyyən miqdarda yağla doldurmalıdır. Kifayət qədər zeytun toplayan iştirakçılar hədiyyə zeytun yağları qazanıblar.
Aksiya haqqında video və fotoları təqdim edirik:




