Yeni il gəlincə ağıllara ənənəvi sual gəlir. Qar yağacaq? Bəlkə də bir neçə yeni ili qarsız qarşılamısınız. Həvəsiniz belə azalıb. Amma uşaqlar üçün bu vəziyyət heç dəyişmir. Onlar isə bu ümidlərindən əsla imtina etmirlər.
Facemark.az xəbər verir ki, Türkiyənin “Garanti Bank”ı yeni il üçün hazırlanan reklam çarxında balaca qızcığazın Yeni il arzusunu ekranlaşdırır.
Əlbəttə, balacanın Yeni ilə qar ilə girmək arzusu anasının da diqqətindən yayınmır.
Yeni reklam çarxı “Alametifarika” reklam agentliyi ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.