Rusiyanın böyük şirkəti və brendi “VTB Bank” özünün Yeni il kampaniyasını davam etdirir.


Facemark.az sostav.ru-ya istinadən xəbər verir ki, bank bir sıra məşhuru yeni reklam filmində çəkməyə qərara alıb.


İqor Vernik, Anna Semenoviç, Fedor Bondarçuk-bu hələ çarxda çəkilmiş simaların tam siyahısı deyil.


Hadisələr yüksək cəmiyyətin nümayəndələrinin dəvət olunduğu bayram şənliyində baş verir.


Çarxın baş qəhrəmanı olan məşhur rus aktyoru Yevgeni Çıqanov zamanın dondurulmasının mümkün olduğunu düşünənə qədər tədbirə xüsusi maraq göstərmir.


Demək olmaz ki, Yevgeni vaxtın dondurulması imkanından xeyirə istifadə edib. O, öz fantaziyasında çələngi Bondarçukun başına taxır, İqor Vernikin dişini qaraya boyayır, Anna Semenoviçin dekolitəsinə buz dənəciklərini atır.


Reklam çarxında “Hər şey alınacaq” sloqanı əsas götürülüb.