“McDonald`s” Moskva filialında sifarişləri ofisiantlar gətirəcək.
Facemark.az xəbər verir ki, “Vedomosti” qəzeti yazır ki, yeni xidmət vasitəsi ilə müştərilər masa arxasında oturaraq sifariş edə biləcək.
Qəzet yazır ki, bu bu cür xidmət artıq bir çox restoranlarda əlçətan olub.
“McDonald's”ın Rusiyadakı nümayəndəsi isə qəzetin əməkdaşlarına deyib ki, nəticələr haqqında danışmaq hələki tezdir: “Xidmətin test edilməsi bu yaxınlarda başlanılıb, bir neçə ay davam edəcək”, - deyə o sözlərinə əlavə edib.
Şirkətin nümayəndəsi bildirib ki, nəticələr və müştərilərdən gələn geridönüşlərə əsasən biz müəyyən edə biləcəyik ki, hansı restoranlarda bu xidmət daha çox tələb olunacaq.
Xidmətin sınaqdan keçirildiyi yerlərdə sifarişlər özünəxidmət terminalında və ya kassada verərək müstəqil şəkildə toplana bilər.
Daha əvvəl şirkət özünəxidmət terminallarını qurmağa, təchizatçıları dəyişdirməyə başlamışdı.
Xidmət ona görə yaradıldı ki, müştərilər ayaq üstə deyil, masa arxasında oturub gözləyərək sifarişlərini əldə etsinlər. Sifarişlərin gecikməsinin səbəblərindən biri menyudakı yeməklərin sayının artması və yeməklərin hazırlanmasına daha çox vaxt sərf etmələri ilə bağlıdır.
Yeni xidmət 2015-ci ildə “McDonald’s”a başçılıq etmiş Stiv İsterbrukun dəyişikliklərindən biridir.
Qeyd edək ki, hələ 2015-ci ildə xidmət pilot rejimində ABŞ, Almaniya, Hollandiyadakı bəzi filiallarda test edilib.