Alman supermarket markası “Penny” bütün Avropada fəaliyyət göstərir.
Facemark.az xəbər verir ki, onların yeni Milad ərəfəsində reklam kampaniyası bütün ölkələrdə olan supermarketləri əhatə edib.
Reklam çarxı “YouTube”da 6 milyon nəfər tərəfindən izlənilib, amma bütün Avropa üzrə isə izləyənlərin sayı 15 milyon nəfəri ötüb.
Çarxda bir-biriləri ilə küsülü olan iki nəfərin barışıq tarixi göstərilir. İnsanın emosiyalarına təsir edən çarx bu sloqanla bitir. “Milad, barışıq vaxtıdır!”.