Məşhur idmançılardan moda dizaynerlərinə, musiqiçilərdən modellərə qədər bir sıra məşhur “Adidas”ın “Here To Create” kampaniyası çərçivəsində çəkilən “Calling All Creators” reklamında bir araya gəliblər.


Facemark.az xəbər verir ki, reklam çarxı bir dəqiqə davam edib.


Bir süfrə arxasında bir yerə toplaşan məşhurlar “Calling all creators: those with the need to make something” (Yeni nəsələr etmək üçün bütün yaradıcılara çağırışımızdır!) cümləsi ilə çarxa başlayırlar. Ardınca isə markanın manifestindən hissə-hissə oxuyurlar.



Çarxın sonrakı saniyələrində isə “Here to Create” sloqanı ətrafında moda, musiqi, idman haqqında fəlsəfi bir tərzdə danışmağa başlayırlar.


“Adidas”ın “YouTube” kanalında dekabrın 20-də yayımlanan reklam çarxı ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Kanada, Fransa da daxil olmaqla 33 ölkədə yayımlanacaq.


“Adidas” yeni reklam çarxında “72&Sunny” reklam agentliyi ilə əməkdaşlıq edib.


Xatırladaq ki, reklam çarxında “Barselona”nın ulduzu Lionel Messi, aparıcı qadın basketbolçularından olan “Connecticut Sun”ın üzvi Chiney Ogwumike və s. idmançılar yer alıb. Eləcə də reper Pusha T, “Daft Punk”ın üzvi Pharell Williams, moda dizayneri Alexander Wang ilə model Karlşe Kloss da çarxda gördüyümüz simalar arasındadır.