Qaranlıq bir kinoteatrda oturan zaman ekranda ticari studiya marka loqoları peyda olur. Bu bir neçə saniyə içində güclü duyğuları alovlandıra bilər. Çünki onlar böyük ekran qarşısında yaşadığımız bütün epik anları xatırladır. Bunların hamısı ikonik “Hollywood” loqolarından birinin önünə keçir. Bunun necə etdiklərini bilirsiniz? Burda “Hollywood’s”un ən ikonik studiya loqolarının tarixçəsi açıqlanıb.
DreamWorks
“DreamWorks” nisbətən gənc bir şirkət olaraq “Katzenberg’s”in “The Walt Disney Company” şirkətindən ayrılmasından sonra Jeffrey Katzenberg, David Geffen, Steven Spielber tərəfindən 1994-cü ildə yaradılıb. Onların üçü özlərinin canlı aksiyon və animasyon film studiyalarını yaratmağı hədəflədilər. Bunun görə də özləri üçün 3 şərt müəyyənləşdirdilər. Onlar ildə 9-dan az film ərsəyə gətirməli idilər. Əgər onlar istəsələr başqa studiyalar ilə işləyə biləcəkdilər və axşam yeməyi üçün evdə vaxtında olamalı idilər. Spielber şirkətin loqosu üçün belə bir ideyası var idi. Loqoda bir nəfər aya çıxdığı və balıq tutmağa başladığı təsvir edilməli idi. Illustrator Robert Hunt isə Spielbergin təklif etdiyi ideyanı bir qədər dəyişməli olur. Maraqlıdır ki, loqoda təsvir edilən oğlan Huntsın oğlu William idi.
Columbia Pictures
Columbia 1918-ci ildə Cohn-Brandt-Cohn Film adı altında yaradılmışdı. Yaradıldıqdan 6 il sonra isə şirkət hazırki adını qəbul etmişdi. Bu ABŞ üçün istifadə edilən tarixi və poetik addır. Loqonun üzərindəki qadın isə onun vizual təsviridir. Loqo 1928-ci ildə təqdim edildiyindən bu yana 5 dəfə transformasiyaya məruz qalıb. Hazırki versiyası 1992-ci ildə qəbul edilib. Loqonun köhnə versiyasında ən çox fərqlənən qadını bəzəyən amerika bayrağıdır.
Metro-Goldwyn-Mayer
Güman ki “Hollywood”da bütün film studiyalarının bənzərsiz loqosu otto Ars Gratia Artis-ə məxsusdur. Mənası sənət üçün sənətdir. Loqo kampaniyanın özündən də qədim tarixə malikdir. O, “Metro Pictures” və “Louis B. Mayer Pictures” birləşərək 1924-cü ildə MGM-i yaradan Howard Dietz tərəfindən 1916-cı ildə yaradılmışdı. Orjinal loqoda şirkətin maskotu aslan Leo idi, hansı ki daha sonra bir çoxları bundan istifadə etdi. Bugünün səssiz sinemalarında məşhur aslan bağırtısını eşitmək sizlərə təəccüblü gələ bilər.
Aşağıdakı videoda “Paramount Picture” və “The Walt Disney Company”nin də daxil olduğu “Hollywood” film stüdyolarının loqolarının yaranma tarixlərini öyrənmiş olacaqsınız.


