“Hazırki iş dünyasında CV-lər artıq insan resursları mütəxəssisləri tərəfindən (HR) bir-bir dəyərləndirilmir. Süni zəka süzgəcindən keçən CV-lərin hədəflərinə çatması üçün detallı və doğru açar kəlmələrdən istifadə önəmlidir”.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri iş elanları saytı “Yenibirişin” Məhsul və Texnologiyaya üzrə məsul müdiri Eren Çamlıkaya deyir.


O, təsdiq edib ki, CV-lərə baxılmaması ilə bağlı deyilən fikirlərdə həqiqət payı var:


“Bu mövzuda artıq texnologiya ilə bərabər süni zəkaya əsaslanan qiymətləndirmə vasitələri mövcuddur. “Yenibiriş”də də biz ilin sonuna qədər CV-lərə baxılması zamanı qiymətləndirmə robotlarından istifadə edəcəyik”.


E.Çamlıkaya deyib ki, məhz yeni texnologiyanın hesabına HR mütəxəssisləri CV -lərə bir-bir deyil, onlara təklif edilən qısa siyahı üzərindən seçim edəcəklər:


“Bu səbəbdən də namizədlər artıq insan gözü üçün qısa və asan qəbul ediln CV-lər əvəzinə, robotların filtrindən keçə bilən “CEO hədəfli” CV-lər hazırlamalıdırlar. Bu işaxtaranlar üçün ciddi bir dəyişiklikdir. Bunu xüsusən də tələbələrə hər fürsətdə bölüşməyə çalışırıq”.


O, həmçinin işaxtaranlara CV hazırlamaq ilə əlaqədar tövsiyələrini verib:


“Namizdələr üçün ən böyük çevriliş İnsan Resursları Departamentində qiymətləndirmə sistemlərində olan dəyişiklikdir. Filtrlər hesabına bir çox CV-ni HR mütəxəssisləri görmür. Hətta, filtrlərə HR-lar deyil, süni zəkaya əsaslanan robotlar idarə edir. Məhz buna görə, işaxtaranlar qısa keçmişləri əvəzinə, detallı və doğru açar kəlmələrdən istifadə edərək CV hazırlamalıdırlar”, - deyə o, sözlərinə əlavə edib.