“Twitter” platformada yerləşdirilən videoların baxış sayını göstərəcəklərini açıqlayıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Bundan başqa, “Videoink” portalının bəzi istifadəçiləri mobil qurğulardan daxil olarkən baxış sayını görə bilmədiklərindən şikayət ediblər.
Portal yazır ki, yenilik platformada reklamverənlərin sayını nəzərəçarpacaq dərəcədə artıra bilər. Nəşr qeyd edir ki, “Facebook” 2014-cü ildə belə bir funksiyanı bazara təqdim etmişdi.
Əlavə edək ki, “Twitter”də videoya baxış sayı ikinci saniyədən sonra hesablanır. “Facebook” və “Instagram”da isə bu göstərici üçüncü saniyədir.
