“Pantone” İnstitutu tərəfindən 2018-ci ilin rəngi ultrabənövşəyi seçilib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İnstitutun vitse-prezidenti Lauri Pressman qeyd edir ki, ultrabənövşəyi rəng-bu ehtiraslı qırmızı rəng ilə indiqo al-qırmızının arasında qalan ahəngi ifadə edir. Pressmanın xanımı göstərib ki, mistik və düşündürücü görünən rəng Provansın ( cənubi-şərqi Fransada bir regiondur-red.) çiçək sahələrini xatırladır.
Ultrabənövşəyi rəng markaların 2017/2018-ci il payız-qış, yaz-yay kolleksiyalarında, həmçinin mənzillərin daxili dizaynı zamanı istifadə edilir.
Qeyd edilir ki, istifadənin kontekstindən asılı olaraq, ultrabənövşəyi rəng istənilən kateqoriyada olan məhsullar üçün praktiki olaraq universaldır. Məsələn, istər premium, istərsə də digər alıcı kateqoriyaları üçün münasibdir.
Ultrabənövşəyi rəng bumundan artıq bir çox marka istifadə etməyə başlayıb. Onlar artıq 2018-ci ilə hazırlaşır və trend rəngi arzuedənlərə təklif etməyi düşünürlər.
“Hazırki dövr sosial reallığın yeni paradiqmasını verəcək ixtiraçı və öncəgörənləri tələb edir. Yeni rəng orjinal düşüncəyə sahib qabaqcadan görmək qabiliyyətini simvollaşdırır. Ultrabənövşəyi rəng özündə kosmosun sirrlərini və gələcəkdə hələ insanlar tərəfindən kəşf edilməyən yerləri gizlədir. O, bizim intuisiya və xəyal gücümüzü artırır”, - deyə “Pantone”nin region üzrə direktoru Fabio Venturotti deyib.







