Dekabrın 11-də “Apple” musiqi bəstələrinin tanınması üzrə xidmət olan Böyük Britaniyanın “Shazam Entertainment Ltd.” şirkətini aldığına dair müqavilənin bağlanılmasını elan edə bilər.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “TechTrunch” yazıb.


Şirkətin nümayəndələri isə qeyd olunan müqavilənin imzalanmasına dair məlumatı şərh etməkdən imtina ediblər.



Nəşr qeyd edir ki, “Apple” “Shazam” ilə uzun illərdir ki, əməkdaşlıq edir.


İstifadəçilər iTunes mağazasından müəyyən edilən trekləri əldə edə biləcəklər. Xatırlatmaq yerinə düşər ki, “Shazam” “Siri”nin səs köməkçisinə inteqrasiya olunmuşdur.


2016-ci il üzrə maliyyə nəticələrinə görə, “Shazam”ın gəliri 40,3 (54 milyon dollar) milyon funt sterlinq olub. Zərəri isə 4 milyon funt sterlinq.


Keçən ilin sentyabrında şirkət ilk dəfə əməliyyat gəlirini artırmışdı. Proqramdan yükləmələrin həcmi isə 1 milyarda çatmışdı.