“Apple”ın CEO-su Tim Kuk Çində “Cyber Security Foundation” tərəfindən təşkil edilən konfransda çıxışı zamanı deyib ki, Çindəki 1,8 milyonluq tətbiqi “developer” “App Store”dan 17 milyard dollar qazanc əldə edib.
Facemark.az xəbər verir ki, bu rəqəm “Apple”ın dünya üzrə gəlirlərinin 4-də birinə bərabərdir.
Tim Kuk Çinli developerlərin “Apple”dan aldığı böyük payı açıqlamasından əlavə, “Apple”ın bu ilin əvvəlində dünya səviyyəsində “developer”lərə 70 milyard dollarlıq tətbiq satış payı ödəmə etdiyini deyib.
“Apple” rəhbəri Çini satış bazarındakı üçüncü böyük bölgə olaraq görür.
Şirkət noyabr ayında “iPhone 8” ve “iPhone X” modellərinin bazara təqdim edikdən sonra satış həcmini artırmağı hədəfləyir.