“Apple” yeni “ıPhone X” ilə bağlı animasiyalı reklam çarxı hazırlayıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çarxda amerikalı reper Big Boinin “All Night” mahnısını pişik, panda, təkbuynuzlu at və digər personajlar səsləndirib.


Daha öncə blogger Kuinn Nelson “ıPhone X” üçün reklam çarxı hazırlayıb və onu “Twitter” də yayımlayıb. Bu çarxda da əsas animasiyadan istifadə edilmişdi.