Yeni il ərəfəsi və “Şükran günü” kimi günlərdə anidən artan onlayn satışlarda ən yüksək pay alan şirkətlərdən biri də sözsüz ki, “Amazon”dur.
Bildiyiniz kimi, ötən həftə də “Şükran” və “Black Friday” kimi günlər qeyd olunurdu. “Amazon”un Avropadakı işçiləri ən böyük alış-veriş günlərindən biri olan “Black Friday” də şirkətə etiraz əlaməti olaraq tətil ediblər.
Facemark.az xəbər verir ki, “Tech Crunch”ın məlumatına görə, Amazonun İtaliya və Almaniyada çalışan işçiləri şirkətin onların sağlamlıqlarını təhlükəyə atdıqlarını iddia ediblər və buna görə də tətil üçün bir araya gəliblər.
Almaniya Amazonun ABŞ-dan sonrakı ikinci ən böyük qlobal bazarıdır. Almaniyadakı filialının Həmkarlar İttifaqınının işçilərinin bildirdiklərinə görə, tətillər şirkətin Almaniya üzrə 6 anbarı üzrə baş tutub. Üç fərqli ittifaqa bağlı olan İtaliyadakı işçilər isə tək bir yerdə tətil ediblər.
Almaniyada Verdi Həmkarlar İttifaqı istəyir ki, şirkət yaxşı və sağlam çalışmaq strategiyasını qəbul etsin:
“Amazon tez-tez çalışma şəraiti ilə insanların sağlamlığını təhlükəyə atır. Daha az müddətdə daha çox məhsul istehsalı üçün edilən yüksək təzyiq, daimi keyfiyyət yoxlamaları, zəif liderlik mədəniyyəti sağlamlığımız üçün təhlükəlidir. Özəl, kollektiv bir razılaşma insanların sağlam və yaxşı çalışmaq şəraitinə zəmanət verə bilər”.
İtaliyada baş verən tətilin məqsədləri də Almaniyadakı kimi eyni olub.
“Amazon”un rəsmisi isə deyib ki: “Almaniya və İtaliyadakı işçilərimizin böyük əksəriyyəti iş başında idi. Amazon bütün yerlədə işçilərinə köməksevər mühit yaradıb və şirkətin strategiyası da həmişə bu yöndə olub. Biz bu işə görə əmək sərf etmişik”.
Şirkət onu da əlavə edib ki, Amazonda həmişə “rəqabətçi” maaş və işçilər üçün bir çox üstünlükləri olub.
Tətil iştirakçılarının tələbləri yerinə yetiriləcəkmi? sualına isə şirkətin rəsmisi deyib ki, “Tələblərə ildə bir dəfə baxılır və lüzum olduğu təqdirdə qaydalar yenidən dəyişdirilir”.
