Dünya üzrə təşkilatlar rəqəmsal çevrilişin əhəmiyyətini etiraf etsələr də, onlar rəqəmsallığa keçid elementlərini tarazlaşdırmaqla mübarizə aparırlar.
Facemark.az xəbər verir ki, “Fujitsu”nun yeni ərsəyə gətirdiyi “Rəqəmsal Çevriliş Hesabat”ı araşdırmasında 14 ölkədən 1625 sahibkar iştirak edib.
Onlardan üçdə biri (33%) son iki il içərisində 423 min avro dəyərində olan layihəni ləğv etdiyini, dörddə biri (28%) isə 555 min avroluq uğursuz bir layihə həyata keçirdikləri deyib.
Müəssisələrin 84%-i müştərilərinin onların daha rəqəmsal olmasını gözlədiklərini bildirib. 71%-i isə bazarda rəqiblərinə uduzduqlarını etiraf etməli olublar.
Onların üçdə ikisi, təminən 66%-i isə düşünür ki, rəqəmsal çevrilişə görə, müştərilərini itirəcəklər.
Araşdırmalara görə, rəqəmsal çevriliş, texnologiyadan da üstün bir məna ehtiva edir. “Fujitsu” tərəfindən aparılan araşdırmaya görə, müəssisələrin rəqəmsal çevriliş üçün lazım olan 4 stratejik elementə qarşı necə məhsuldarlıq nümayiş etdirdiklərini öyrənib. Bu elementlərin insanlar, aksion, əməkdaşlıq və texnologiya olduğu məlum olub.
Müəssisələrin 46%-i bazarda rəqəmsal çevrilişin əhəmiyyətini başa düşüb və yeni layihələr üzərində işləyirlər.
- İnsanlar
Aparılan araşdırmalara görə, liderlərin 90%-i professional rəqəmsal təcrübələrini artırmaq üçün addımlar atırlar.
Biznes liderlərinin 70%-i etiraf edir ki, onlarda rəqəmsal bazarıqlar çatmır. 80%-ə görə isə bacarıqlarının əksik olması kiber təhlükəsizliyə qarşı mübarizədə işlərinə əngəl olur. Gələcəyə baxdıqda ticari bacarıqlar əsas açarlardan biri rolunu oynayacaq. Onların 93%-i fikirləşir ki, süni zəka onların şirkətlərini daha da inkişaf etdirəcək, 83%-i isə ehtiyacları olan bacarıqlarını 2020-ci ilə qədər dəyişdirəcəklərinə inanır.
- Aksionlar
Rəqəmsal çevriliş səyləri üçün lazım olan vaxt və davranışları ifadə edən hadisələrə baxdıqda, on iş adamının 9-u (90%-i) onların şirkətlərinin dəqiq müəyyən olunmuş rəqəmsal strategiyalarının olduğunu bildirir.
Üçdə ikisi 66%-i isə gələcək uğursuzluqlarının dəyəri bizneslərini rəqəmsal çevrilişdən uzaqlaşdıracaqlarına inanır.
- Əməkdaşlıq
İş dünyası liderləri, texnologiya mütəxəssisləri və mövcud müştərilər istehsal layihələrinin əməkdşalığında müsbət addımlar atırlar. Təəccüblüdür ki, iş adamlarının 79%-i düşünür ki, istehsal layihələrini bir parçası olan insanlarla həssas məlumatları bölüşməyə hazırdırlar. 73%-i isə yaxın gələcəkdə uğur azlığının strateji əməkdaşlığa zərər vuracağına əmindir.
- Texnologiya
Araşdırmaya qatılan şirkətlərin yarısından çoxu qarşıdakı 12 ay içində bulud texnologiyası (47%), süni zəka (46%), kiber təhlükəsizlik həlləri (52%) təklif etməyi planlaşdırır. Biznes liderləri texnoloji dəyişikliyin dağıdıcı təsirindən xəbərdardırlar və 86%-i dəyişiklik bacarıqlarını qarşıdakı 5 il içərisində bazarda qalmaları üçün önəmli olacağını ifadə edirlər. Bundan başqa, 71%-i təşkilatlarının sünki zəka kimi texnologiyaya uyğunlaşma qabiliyyətlərinin olmamasından narahatdırlar.