“VKontakte”də şəxsi mesajları redaktə etmək mümkün olub və qrup çatlarının yaradıcıları söhbətə qoşulmaq üçün linklər yarada bilərlər.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə sosial platformanın press-relizində deyilir.


Göndərilən mesajları redaktə etmək yalnız 24 saat ərzində mümkün olacaq. Yenilənmiş mesaj yanında red. işarəsi çıxacaq.


Düzəliş etmək üçün saytın tam və mobil versiyasında qələm simvolunu basmaq lazımdır.


Qeyd olunur ki, “Android” istifadəçiləri üçün yenilik artıq əlçatan olub. Proqramın rəsmi yeni versiyasında da yenilikdən istifadə etmək əlçətandır. Bundan əlavə, qrup söhbətlərinə istifadəçilərdən birini əlavə etməyə ehtiyac yoxdur, bunun yerinə həmin şəxsə qrupa qoşulmaq istəyib istəmədiyi ilə əlaqədar dəvət göndərə bilərsiniz. Hər kəs söhbətə qoşula biləcək. Bağlantı dayandırılacaqsa, bu halda dəvət işləməyəcək. Bu funksiya yalnız qrup söhbətlərini yaradan şəxslərə əlçətandır. Bir qrup söhbəti 250 nəfərdən ibarət ola bilər.