“Formula 1”in əfsanəvi loqosu dəyişir. “Formula 1”i alan “Liberty”nin adı etdiyi dəyişikliklər ilə tez-tez hallanır.


Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, şirkət “Formula 1”in loqosunu dəyişdirmək üçün də işlərə başlamışdı. Yeniliyin təşəbbüskarları isə F1-in marketinq müdiri Ellie Norman və “Wieden + Kennedy” agentliyidir. İlk olaraq loqo seçimlərinin sayı 3-ə endirilib.



Yeni loqo dizaynı ilə əlaqədar Norman deyib ki, məqsəd keçmiş ənənələri saxlayaraq daha böyük auditoriyaya xitab etmək şirkətin məqsədləri sırasındadır. Üç seçim arasında qalan şirkət sonda aşağıdakı loqonu seçib.



Yeni loqoda tək rəng və sadəliyi ilə diqqət çəkir. Loqodan 2018-ci ildən istifadə olunmağa başlanılacaq.


Loqonun dəyişdirilməsi ilə əlaqədar fərqli fikirlər mövcuddur. Bəziləri düşünür ki, köhnə loqo gözləntiləri qarşılaya bilməyib. Bir qisim insan isə fikirləşir ki, köhnə loqo şirkətin simvollarından biri idi, yeni loqo yaxşı olmayacaq.


Bəziləri düşünür ki, loqo təqlid edilib. Düşünülür ki, yeni loqo CNN və ESPN-ın loqolarına bənzədilib.


“Yeni F1 loqosu krana bənzəyir”.



“Bu nədir belə? F1-in yeni loqosunun dizaynı çox pisdir. Daha yaxşısının olmasını gözləyirdim”.



“Xoş getdin köhnə F1 loqosu, xoş gəldin yeni F1 loqosu”.



Yeni loqoya edilən bəzi şərhlər belə idi. Bəs siz F1-in yeni loqosu üçün nə düşünürsünüz?