Amerikalılar tərəfindən hər noyabr ayının son cümə axşamı günü keçən ilin nemətlərinə görə qeyd olunan “Thanksgiving” ( Şükran Günü) ərəfəsində məşhur cips markası “Pringles” bu ilin menyusuna bir neçə ləzzət də qatıb.
Facemark.az “Pazarlamasyon.com”a istinadən xəbər verir ki, bütün ailələrin bir stol arxasında toplaşdığı milli bayram günü “Pringles” də öz “Şükran günü” masasını hazırlayıb.
Mikrodalğalı sobalarda isidilməsi mümkün olan hazır yeməkləri xatırladan qutunun içindən bir çox dadda məhsul çıxır.
Məhsulun içindən çıxan çipsin dadı günün məna və əhəmiyyətinə uyğun da hazırlanıb. Məsələn, kartof püresi, balqabaqlı keks, pendirli makaron, kremalı qarğıdalı, hindi və s.
Marka yarandığı gündən fərqli ləzzətləri müştərilərinə təqdim edir. Bu dəfə isə marka “Şükran günü”nə olan hörmətini göstərmək üçün normal həyatda çox az təsadüf edilən dadları bir araya gətirməyi bacarıb.
