Ötən həftə tanınmış rəssam Leonardo Da Vinçinin Salvador Mundi adlı rəsm əsəri hərracda 450 milyon dollara satılıb.
Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, bununla da Salvador Mundi bu günə qədər satılan ən bahalı rəsm əsəri statusunu alıb.
Rəsm əsərinin məşhur rəssama aid olması və bu səbəbdən dolayı da yüksək qiymətə satılması keçən həftənin ən çox müzakirə olunan xəbərlərindən biri olub.
Həmişə bahalı olan nəsələr ilə əlaqədar atmacalarda adını eşitdiyimiz İsveç mebel şirkəti İKEA təbii ki, bu fürsəti də əldən verməyib. Bu gedişdən öz reklam kampaniyasında istifadə edib.
Daha öncə moda markası “Balenciana”nın 2145 dollara çantanı satışa çıxarması və satılması İKEA-nın diqqətindən yayınmamış və özünün həmin çantaya oxşayan 99 sentlik əşyasını reklam kampanyasında istifadə etmişdi.
“Acne” adlı reklam agentliyinin ərsəyə gətirdiyi reklam kampaniyasında İKEA bu dəfə rəsm əsərinin məşhur rəssama aid olması və sənət əsəri olmasından dolayı satılması məsələsinə toxunmayıb. Bu dəfə şirkət fərqli bir detal üzərində dayanıb.
Bunun yerinə rəsm əsərinin çərçivəsinə hədəflənib. Bu dəfə Salvador Mundi İKEA-nın 9,99 dollar dəyərində olan “Virserum” adlı qızılı sarı rəngində çərçivəyə salınıb. Şirkət rəsm əsərinin altından qeyd edib: “Bir rəsm əsəri üçün 450 milyon dollar xərclədiyinizdə, amma çərçivəni bəyənmədiyinizdə.... ifadələri yer alıb.
Ağıllarda belə bir sual yarana bilər. 450 milyon dollara rəsm əsəri alan biri üçün 9,99 dollara çərçivə almaq nəyə lazımdır? Ancaq burda vurğulanmaq istənilən məsələ bu deyil. İKEA həmişə olduğu kimi bu məsələni fərqli və yumoristik bir şəkildə qələmə alıb. Bununla da şirkətin müzakirə olunan məsələdən ustalıqla faydalanaraq yeni reklam kampaniyasını yaratmasını sadəcə alqışlamaq olar.
