Milad bayramı ərəfəsində “Starbucks” da yeni bir həmlə etmiş, kampaniyaya start vermişdi.



Facemark.az xəbər verir ki, “Starbucks” rəngbərəng qablarını müştərilərə təqdim etmişdi.



Şirkətin bu kubok “sadəcə bir başlanğıc”dır sloganında bir - birində fərqli yaşlarda və cinsiyyətdə olan insanların Yeni ili necə qeyd etdikləri təsvir edilir.




Qısa illisturasiyalı filmin sonunda görünüən leyzbian olduğu düşünülən cütlük şirkətin ənənəvi müştərilərinin mənfi reaksiyalarına səbəb olub.



Twitter istifadəçiləri qeyd edir ki, şirkət qısa filmində İncildən fikir alınılıb. Bu platformada, həmçinin #BoycottStarbucks həştəqi ilə yazılan tvitlərə də rast gəlmək mümkündür. Şirkətdən isə reklam filmi ilə əlaqədar hələ ki heç bir açıqlama edilməyib.



Bundan əvvəlki açıqlamalarında isə şirkət qeyd etmişdi ki, bu dəfəki reklam çarxında sezonun ruhundan ilham alaraq məhsulu müştərilərinə təqdim etməyi hədəfləyiblər.



Marka müxtəlif sosial mühitdən və dini görüşdən olan müştərilərinə qucaq acmağa və onları cəsarətləndirməyə dünya üzrə olan mağazalarında da davam edəcəklərini açıqlamışdı.