Ötən həftə 6 min dollardan aşağı düşən Bitkoin bu gün yenidən rekord qırıb və 8 min dollar səviyyəsinə çatıb.
Facemark.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası Bitkoin ötən həftə ilk dəfə 7 min dollar səviyyəsini keçmişdi. Daha sonra isə 5600 dollara qədər geriləmişdi.
Bitkoin həftə sonunda tələbin yenidən artması nəticəsində dünən Bitfinex birjasında 8020 dollara qədər yüksəlib. Təkrar 7896 dollara qədər geriləyib.
Cari ilin əvvəlindən 700%-dən çox dəyər qazanan Bitkoina maraq getdikcə artır.
Bəzi böyük brokerlər isə kriptovalyutanın etibarsız olduğunu iddia edirlər.