Sosial şəbəkə “Instagram”ın veb versiyasında story funsiyasını yükləmək və baxmaq mümkün olub.
Facemark az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
Əvvəllər yalnız bu mobil tətbiqlərdə mümkün idi. Bununla yanaşı, istifadəçilər “story”yə mətn yükləyə və onu tənzimləyə bilərlər. Həmçinin, mobil versiyada paylaşılanları saxlamaq imkanı çıxıb.
Qeyd olunur ki, yeni funksiya yaxın zamanlarda Instagramın bütün istifadəçiləri üçün əlçatan olacaq.
Xatırladaq ki, bu ilin yazında isə şirkət mobil veb versiya üzərindən foto paylaşmaq fürsəti təklif edib. Həmçinin, “Instagram”ın mobil versiyasında “Axtarış və Maraqlı” bölməsi əlçatan olub.