Google şirkəti diaqonalı 7 düym və təsvir ölçüsü 1280x800 piksel təşkil edən Nexus 7 planşet kompüterini təqdim edib. Qurğu dördnüvəli Tegra 3 prosessoru ilə təchiz edilib və 1 giqabayt operativ yaddaşa malikdir.
Aparat Android əməliyyat sisteminin Jelly Bean adlı yeni - 4.1-ci versiyasından istifadə edir. Qeyd edək ki, Google üçün planşet Asus şirkəti tərəfindən hazırlanıb.
Qurğuda həmçinin Bluetooth, Wi-Fi, NFC kontaktsız rabitə texnologiyası, ön kamera, giroskop və akselerometr yer alıb. Nexus 7-nin çəkisi 340 qram təşkil edir və batareya ilə 9 saat ərzində işləyə bilir.
Nexus 7-nin ən ucuz versiyası 199 dollar olacaq. Qurğunu alanlar Google-dan Google Play-də kontentin alınması üçün 25 dollar hədiyyə əldə edəcəklər. Planşetin tədarüklərinə iyulun ortalarında başlanacaq.
Googlenin bu planşetlə Amazonun Kindle planşetinə bənzər bir planşet çıxardığı aydındır.
iPada qarşı bu günə qədər çıxarılan heç bir Android planşet Amazon Kindle qədər ciddi rəqib ola bilmədiyini görən Google uyğun qiymətli, rahat daşına biləcək incə planşet ''iPada'' rəqib olmağa çalışacaq.
