LinkedIn sosial şəbəkəsinin Rusiyada bloklanmasından bir il ötür. Bu müddətdə sosial şəbəkənin adıçəkilən ölkədə auditoriyası nə az nə çox düz 40% azalıb.



Facemark.az xəbər verir ki, bu barədə RBK “Mediascope”a istinadən yazıb.



Bildirilir ki, sosial şəbəkəni ziyarət edənlər bununla belə hələ də 1 milyon nəfərdən çoxdur. Bu rəqəm bu ilin sentyabrında 1,4 milyon nəfər olub, ötən ilin sentyabrında isə bu say 2,3 milyon nəfər idi.



“SimilarWeb”in hesablamaları üzrə Rusiya istifadəçilərinin arasında LinkedIn –i ziyarət edənlər 2016-cı ilin oktyabrında unikal rəqəmə çatıb; 3,5, milyon. Dekabrda isə bu göstərici 1 milyona nəfərə qədər düşüb.



Qeyd edək ki, bu ölkənin rabitə və informasiya sahələrinə nəzarət edən “Roskomnadzor” qurumunun qərarı ilə sosial şəbəkə 2016-cı ilin noyabrın ortalarında fəaliyyətini dayandırmışdı. Səbəb göstərilirdi ki, LinkedIn rusların şəxsi məlumatlarını ölkə sərhədləri çərçivəsində saxlamalıdır. Bu ilin martında isə LinkedIn ilə tənzimləyici arasında danışıqlar uğursuz olub.