Uğurlu reklam kampaniyaları ilə tanıdığımız İsveç mobil istehsalçısı İKEA, Çində yayımladığı reklam çarxı ilə sosial mediada səs-küyə səbəb olub.
Facemark.az Pazarlamasyon-a istinadən xəbər verir ki, reklamı tənqid edənləri narahat edən məqam isə çarxın cinsiyyətçiliyi təbliğ etməsi olub.
Təxminən 30 saniyə davam edən reklam çarxında çinli qız sevgilisi olduğunu iddia edən birini evinə gətirir. Anası isə qızına deyir ki, əgər onu geri gətirə bilməyəcəksənsə mənə ana demə! Daha sonra hər günü bayram kimi yaşa mesajı ilə qızın anası və atası müxtəlif İKEA mebellərinin olduğu yemek masası arxasında nahar edirlər.
Çin sosial media platforması olan “Weibo”da istifadəçilərdən biri yazır və qeyd edir ki, “Görəsən, İKEA öz doğma vətəni İsveçdə belə bir reklam çarxını bazara təqdim etməyə cəsarət edərdilərmi?”
Sosial mediada baş alıb gedən müzakirələrdən sonra İKEA-nın Çin üzrə nümayəndəsi deyib ki, qısa zaman içərisində reklam çarxı bir başqası ilə əvəzlənəcək və müştərilər bunu bir neçə gündən sonra televiziya kanallarında görə biləcəklər.
Həmin reklam çarxını təqdim edirik: