İnternet-nəhəngi olan “Google” hər gün 9500 sayda yeni ziyanlı saytları aşkar edir. Şirkət İnternet istifadəçilərinin təhlükəsizliyini təmin etmək üzrə işinin nəticələrinə yekun vurmuşdur. Bu, şəbəkədə zərərli kontentlə mübarizə və potensial təhlükəli saytlar haqqında xəbərdarlıq məsələlərinə yönəlmiş Safe Browsing proqramının 5 illiyi gününə təsadüf etmişdir.
“Bizim xəbərdarlığımız Google Chrome, Mozilla Firefox və Apple Safari brauzerlərinin hər gün təxminən 600 milyon istifadəçisini kibercinayətkarlardan qoruyur” – Google şirkətinin onlayn-təhlükəsizlik üzrə iştirakçısı Nils Provos belə deyib.
İstifadəçilər Google-un axtarış nəticələrindən potensial təhlükəli, xüsusən, fişinq cəhdlərinin (istifadəçiyə məxsus login, parol və digər informasiyaların ələ keçirilməsi ) qeydə alındığı saytlara daxil olmazdan əvvəl bildiriş alırlar.
Ziyanlı saytlar arasında kibercinayətkarların qurbanı olmuş tamamilə qanuni veb-səhifələrə də rast gəlinir. Bunlar fişinq kimi ziyanverici proqramları yaymaq məqsədilə cinayətkarların özlərinin yaratdığı xüsusi saytlardır. Şirkətdən verilən məlumata görə, fişinq hücumlarına daha çox onlayn-ticarət saytları məruz qalır ki, məhz orada kibercinayətkarların istifadəçilərin bank hesablarına giriş əldə etmək üçün məlumatları oğurlamaq imkanı var.

