Beynəlxalq Əfv Qeyri-hökümət təşkilatı ( "Amnesty International"), Suriyadakı vətəndaş müharibəsinə və qaçqınlara diqqət çəkmək məqsədi ilə Kopenhagendə innovativ bir kampaniyaya imza ataraq şəhər mərkəzindən keçən marşurtla hərəkət edən bir avtobusun üzərinə tank vizualı yerləşdirdi. Yerləşdirilmə yerinə görə insanlara həqiqi tank təəssüratı bağışlayan bu şəklin yuxarı hissəsində "Bu Hələbin günlük həyatıdır." yazılıb. Qeyd edək ki, bu kampaniya 30 gün boyunca davam edəcək.