Hər nə qədər rol arxasında olarkən telefondan istifadənin törədə biləcəyi qəza hallarından xəbərdar olsaq da, avtomobil sürərkən telefonu bir kənara qoya bilmirik. Bəziləri avtomobil sürərkən sosial şəbəkələrdə olur, bəziləri kiminləsə yazışır, bəziləri isə telefonla danışır. Keçən yazımızda Facebook və Mazda'nın rol arxasında olarkən sosial şəbəkələrdə gəzən istifadəçilər üçün hazırladığı kampanyadan danışmışdıq. Bu gün isə avtomobil istifadəsi zamanı telefonla məşğul olanlar üçün yeni hazırlanmış sosial video çarx haqqında danışacayıq.
Videoda yeriyərkən telefonla məşğul olan insanların başına gələnlər göstərilir. Burada vermək istənilən mesaj budur: " Telefonla məşğulkən insanlar, nəinki, avtomobil istifadə etmək, hətta yeriyə belə bilmirlər"
CDC'nin (Xəstəlik İdarəsi və Profilaktika Mərkəzi) bildirir ki, diqqətsiz sürücülərə görə hər saatda 9 adam həyatını itirir və 1000 adam yaralanır.
Son zamanlarda texnologiya şirkətləri də bu qəzaların qarşısını almaq üçün müxtəlif işlər görürlər. Buna nümunə olaraq Apple yeni gələn iOS 11 aktuallaşdırması ilə avtomobil istifadə edərkən "narahat etməyin" funksiyası avtomatik olaraq açılacaq. Bu xüsusilə telefonunuz hərəkət halındakı bir avtomobil içində olduğunuzu anlayacaq və zəngləri, gələn mesajları və digər tətbiqlərdən gələcək bildirişləri gizləyəcək. Hətta proqramı sizi axtaranlara yolda olduğunuzu və sonra həmin şəxslərə təkrar zəng etməsi haqqında bildiriş də göndərəcək.
Videoya aşağıdakı linkə klikləməklə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=8crvXJJNxbQ