Yay deyəndə hər kəsin ağlına rəngarənglik, əyləncə və istirahət gəlir. İnsanlardakı dəyişikliklərə hər zaman uyğunlaşmağa çalışan Coca-Cola şirkəti də bu yay üçün rebrendinq edərək özünün rəngli qablaşdırmalı məhsullarını bazara buraxdı.

Gənclərin brendə maraqlarını artırmaq və diqqət çəkmək üçün qısa müddətli dəyişiklik edən Coca-Cola'nın brend meneceri Angelina Lee bu barədə danışarkən - "Hər kəsin fərdi özünü ifadə etmə tərzi var və insanlar bunu çox zaman rənglər vasitəsiylə edirlər. Biz bu özünü ifadəni yeni yay rənglərilə - 250 ml-lik qablaşdırmaların 6 unikal forması ilə əhatə edirik"- deyib.


Ölkəmizdə isə satış nöqtələrində üç rənginin ( tünd qırmızıdır, bənövşəyi, yaşıl) daha çox olmasına baxmayaraq "Yayını rəngləndir" adlanan bu kompanya çərçivəsində buraxılan qabların 6 rəngi var: göy, yaşıl, çəhrayı, bənövşəyi, narıncı və tünd qırmızıdır.

Qeyd edək ki, rebrendinq yalnız Coke və Coke Zero məhsullarına edilib.